Xəbər lenti

Səssiz irəliləyən sirli xəstəlik: Ölənlərin sayı 10-a çatdı
Dünya 15:33 20.03.2025

Səssiz irəliləyən sirli xəstəlik: Ölənlərin sayı 10-a çatdı

Nigeryanın Kebbi əyalətində yerləşən Kebbi Dövlət Elm və Texnologiya Universitetində naməlum xəstəlik səbəbilə həyatını itirənlərin sayı 10-a yüksəlib, 20 nəfər isə xəstəxanada müalicə altına alınıb.

Qaynarinfo xəbər verir ki, universitet rəhbərliyi açıqlamasında xəstəliyin yayılmasının qarşısını almaq üçün səhiyyə qurumları ilə əməkdaşlıq etdiklərini və yoluxan tələbələrin izolyasiya edildiyini bildirib.

Universitetin qeydiyyat şöbəsinin rəhbəri Maymaru Əlhacı Tilli xəstəliyin səbəbinin hələ məlum olmadığını vurğulayıb:

"Bəli, bəzi tələbələrimizi itirdik və bəziləri hələ də xəstəxanada müalicə alır. Səhiyyə Nazirliyi rəsmiləri bizi xəbərdar etdi və yataqxanaların həddindən artıq sıx olmamasını tövsiyə məsləhət gördü".

Şahidlərin sözlərinə görə, xəstəliyə yoluxan tələbələr yüksək hərarət, qusma və ishal kimi simptomlarla qarşılaşıblar. Digər tərəfdən, əyalət rəsmiləri xəstəliyin mənbəyini müəyyənləşdirmək üçün araşdırmaları davam etdirir. Universitet rəhbərliyi isə tələbələrdən sakit olmalarını və infeksiyanın yayılmasının qarşısını almaq üçün lazımi tədbirləri görmələrini istəyib.

Qeyd edək ki, Kebbi Dövlət Elm və Texnologiya Universiteti 17 mart tarixində verdiyi açıqlamada bu xəstəlik səbəbilə 5 nəfərin həyatını itirdiyini bildirmişdi.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->