Səudiyyə Ərəbistanı Meteorologiya Mərkəzi bu ölkənin cənub-qərbindəki Asir, Abha və Taif əyalətinin bölgələrini hədəf alan "Bulud Gübrələmə Proqramı"nın ikinci mərhələsinin hazırlanmasına başlayıb.
Qaynarinfo bu barədə "Alkhaleejonline"-a istinadən xəbər verir.
Mərkəzin baş direktoru Ayman Qulam bildirib ki, əməliyyatın uğurlu keçməsini və məqsədlərə çatmağın təmin edilməsi üçün bütün aidiyyəti tərəflərin koordinasiyası ilə iş müəyyən edilmiş qrafikə uyğun aparılır. İkinci mərhələ, keçən apreldə başlanan və Ər-Riyad kimi bölgələri hədəf alan birinci mərhələnin davamıdır. Səudiyyə Ərəbistanının Nazirlər Şurası Məhəmməd bin Salmanın keçən il "Yaşıl Yaxın Şərq Sammiti"ndə təqdim etdiyi milli və regional təşəbbüslər paketinin bir hissəsi olaraq "Bulud Gübrələmə Proqramı"nı təsdiqləyib.
Ötən apreldə Səudiyyə Ərəbistanı Nazirlər Şurası tərəfindən təsdiq edilən bu proqram altı məqsədə nail olmağa çalışır. O cümlədən illik yağıntıların 10 və 20 faiz artırılması və iqlim dəyişikliyinə uyğunlaşmanın artırılmasına, səhralaşmanın azaldılmasına kömək etmək planə mövcuddur. Proqramın birinci mərhələsi 2022-ci ildən başlayaraq beş il müddətinə uzadılacaq, burada iki növ "kumulus" buludları süni toxum səpmə əməliyyatlarında istifadə olunacaq.
M.Arif