Ölkənin iki böyük şəhərində eyni anda partlayışlar baş verib.
Səudiyyə Ərəbistanında baş verən partlayışların təfərrüatları məlum olmağa başlayır.
ANS PRESS-in BBC-yə istinadən verdiyi məlumata görə, ölkədə bir neçə dəqiqə fərqlə iki partlayış baş verib.
Partlayışlardan biri ölkənin şərqində Qatif şəhərində şiələrin toplaşdığı məscidə törədilib.
AFP agentliyinə danışan hadisə şahidi partlayışı terrorçu-kamikadze tərəfindən törədildiyini bildirib.
O, terrorçu-kamikadzenin cəsədini görüdüyünü deyib.
Eyni dəqiqələrdə Mədinə şəhərində polis idarəsinin binasının yaxınlığında da bir terrorçu özünü partladıb.
Qaaynarinfo.az