Səudiyyə Ərəbistanı yerli dəvə populyasiyası üçün dünya miqyasında diqqət çəkəcək "dəvələrə pasport" tətbiqini təqdim edib.
Qaynarinfo xəbər verir ki, Səudiyyə Ərəbistanı Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, heyvandarlıq sektorunun məhsuldarlığını artırmaq və dəvələrin məlumat bazasını yaratmaq məqsədilə dəvə pasportunu sistemi yaradılıb.
Bildirilib ki, dəvə pasportu heyvanın cinsi və sahibi haqqında məlumatların yer aldığı rəsmi akkreditə olunmuş sənəd olacaq. Hər bir dəvə üçün doğru və etibarlı tibbi qeyd yaratmaq məqsədilə hazırlanan pasportlarda, populyasiya üzrə yoluxucu xəstəliklərin izlənməsini asanlaşdıracaq ətraflı peyvənd tarixi də əks olunacaq.
Nazirlik əlavə edib ki, pasportlar eyni zamanda mülkiyyət hüquqlarının təsdiqlənməsini sadələşdirəcək və heyvandarlıqla məşğul olanlar üçün selektiv yetişdirmə təcrübələrini inkişaf etdirəcək.
Aydın
Şərhlər