Xəbər lenti

Səudiyyə Ərəbistanından Həcc ziyarətilə bağlı gözlənilməz qərar
Dünya09:32 17.06.2013

Səudiyyə Ərəbistanından Həcc ziyarətilə bağlı gözlənilməz qərar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Həcc ziyarəti qismən təxirə salındı.

Tarixdə ilk dəfə Həcc ziyarəti qismən təxirə salınıb. Anspress-in verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı hökuməti bu il Məkkəyə Həcc ziyarətinə gələn zəvvarların sayını azaltmaq istəyir. Ölkədən gələnlərin sayı yarıbayarı və xaricdən gələn zəvvarların sayı isə 20 faiz azaldılacaq. 

Həcc naziri Bəndər Hədcarın sözlərinə görə, bu müvəqqəti qəbul edilmiş qərardır. Nazir zəvvarların sayının azaldımasını Məkkədə "Əl-Həram” məscidinin təmiri ilə əlaqələndirir.

Təmir işlərindən sonra məscidin ərazisi 400 min kv metr artırılacaq və 2,2 milyon insana eyni vaxtda xidmət göstərəcək.

Xatırladaq ki, ötən il Həcc ziyarətini 3,1 milyon insan ziyarət edib.

Qaynar.info