Səudiyyə Ərəbistanında insan haqları məsələlərinə görə həbsdə saxlanılanlar azad edilir.
Qaynarinfo xəbər verir ki, bu barədə vəliəhd .ahzadə Məhəmməd ibn Salmanın məsləhətçisi Badər Əl Əsgər sosial şəbəkə vasitəsilə məlumat yayıb. O, Kral Salmanın Qasim bölgəsində həbs edilənlərin azad edilməsi barədə göstəriş verdiyini açıqlayıb.
Qeyd edək ki, jurnalist Camal Qaşıqçı qətlində ittiham edilən Səudiyyə Ərəbistanı son dövrlərdə bir çox məsələlərdə güzəştlərlə gündəmə gəlir.
Gülşən