Səudiyyə Ərəbistanının Vatikanla kilsə tikintisi barədə razılıq əldə etməsi iddia edilib.
Qaynarinfo Daily Mail-ə istinadən xəbər verir ki, əgər məlumat təsdiqini tapsa, Kardinal Jan Luiz Tauranla Dünya Ərəb Müsəlman Birliyinin sədri Məhəmməd İbin Əbdül Əl İssa arasındakı razılaşma tarixə öz damğasını vuracaq.
Kardinal bu il Səudiyyəni ziyarət edib və kral ailəsi ilə görüşüb və bu fakt iddianın doğruluğu barədə ehtimalı artırır. Lakin hər iki tərəfdən heç bir açıqlama verilməyib.
Səudiyyə Ərəbistanında kilsə fəaliyyət göstərmir. Daha əvvəl Vatikan bu ölkədə xristianlar üçün ibadət yerinin tikintisi arzusunu dilə gətirmişdi.
Gülşən