Xəbər lenti

Səudiyyə nüvə silahı istehsal etməyi planlaşdırır
Dünya07:10 10.05.2018

Səudiyyə nüvə silahı istehsal etməyi planlaşdırır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əl Cübeyr ABŞ-ın İranla nüvə razılaşmasından imtinası barədə açıqlama verib.
Qaynarinfo xəbər verir ki, CNN-ə danış Cübeyr nüvə müqaviləsini qüsurlu adlandıraraq, İranın ballistik raket fəaliyyətinə aid edilmədiyini, bu ölkənin terrora dəstək verdiyini və digər ölkələrə müdaxilə etdiyini deyərək ABŞ-ın qərarına dəstəklərini dilə gətirib. O, həmçinin qeyd edib ki, sazişi imzalamış digər ölkələr də razılaşmadan imtina etməlidir. Adil Əl Cübeyr Səudiyyənin nüvə planları barədə suala "Əgər İran nüvə silahı istehsal edə biləcək potensiala sahib olsa, biz də xalqımızı qorumaq üçün eyni addımı atacağıq" cavabını verib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp 8 mayda 2015-ci ildə İranla imzalanmış nüvə müqaviləsindən imtina etdi. Razılaşma İranın nüvə fəaliyyətinə məhdudiyyətləri və qarşılığında bu ölkəyə tətbiq edilən sanksiyaların ləğvini nəzərdə tuturdu.
Gülşən