
Səudiyyə Ərəbistanı şahzadəsi Əbdurrəhman İbin Əbdüləziz dünyasını dəyişib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, şahzadə Əbdürrəhman Kral Salmanın qardaşı idi.
Qeyd edək ki, 86 yaşlı şahzadə 1931-ci ildə kral ailəsinin 6-cı övladı olaraq dünyaya gəlmiş, ABŞ-ın San Dieqo bölgəsində hərbi təhsil, Kaliforniya Universitetində isə iqtisadiyyat oxumuşdu. 1983-2011-ci illər arasında isə Səudiyyə Ərəbistanı Müdafiə və Aviasiya nazirinin müavini vəzifəsində çalışıb.
Gülşən
Qaynarinfo.Az