Xəbər lenti

Səudiyyə vəliəhdi: "Xameneyi yeni Hitlerdir"
Dünya14:01 24.11.2017

Səudiyyə vəliəhdi: "Xameneyi yeni Hitlerdir"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yaxın Şərqdə liderlik uğrunda mübarizə aparan Səudiyyə Ərəbistanı və İran arasında gərginliyə səbəb olacaq növbəti addım atılıb.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Səudiyyə vəliəhdi Məhəmməd İbin Salman İranın dini lideri Ayətullah Xameneyini hədəf alaraq "Avropanın təcrübəsinə baxanda sülh siyasətinin işə yaramadığını görürük. Avropa və Yaxın Şərqdə yaşanan hadisələrin təkrarlanmaması üçün yeni bir Hitleri İranda istəmirik" deyib. 
Livanın baş naziri Səad Həririnin Riyadda anlaşılmaz şəkildə istefa verməsi iki ölkə arasında gərginliyi daha da artırıb. İranın dəstəklədiyi şiə qruplarının İraq və Suriyada qələbə qazanması, Yəməndə Husilərin mövqeyini gücləndirməsi Səudiyyənin proseslərə müdaxiləsi prosesini daha da sürətləndirib. Tərəflər hazırda Livanda baş verən proseslərdə hakimlik uğrunda qarşı-qarşıya gəlirlər.
Gülşən