Xəbər lenti

Səudiyyədən növbəti həbs dalğası: 11 şahzadə həbs edildi
Dünya10:35 06.01.2018

Səudiyyədən növbəti həbs dalğası: 11 şahzadə həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Səudiyyə Ərəbistanında 11 şahzadə həbs edilib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, ötən aylarda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə çərçivəsində Səudiyyə Ərəbistanında ciddi islahatlar keçirilmiş, 11 şahzadə, çox sayda nazir və sabiq nazir, biznesmen həbs edilmişdi. Onların 5 ulduzlu həbsxanada saxlanıldığı deyilir. 
Həbs qərarına etiraz edən, qohumlarının azadlığını və zərərə görə təzminat tələb edərək etiraz aksiyası keçirən 11 şahzadə kral mühafizəçiləri tərəfindən həbs edilib. 
Qeyd edək ki, həbs dalğası Səudiyyə vəliəhdi Məhəmməd İbin Salman tərəfindən həyata keçirilmiş və ciddi səs-küyə səbəb olmuşdu.
Gülşən