Müasir İslama keçidə hazırlaşan Səudiyyə Ərəbistanı qadınlara növbəti hüquq verməyə hazırlaşır.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Riyad, Ciddə və Damman şəhərlərində yerləşən stadionlara qadınların ailə üzvləri ilə birlikdə girişi qanuni olacaq. Qanun gələn ildən etibarən qüvvəyə minəcək.
Ötən ay isə qadınlara maşın sürmək hüququ verilmişdi.
Qeyd edək ki, Səudiyyə vəliəhdi Məhəmməd İbin Salman ötən günlərdə müasir İslama keçid etməyin vaxtı olduğunu açıqlamışdı.
Gülşən
Qaynarinfo.Az