Xəbər lenti

Səudiyyədən qadınlarla bağlı daha bir inqilabı qərar
Dünya06:51 12.01.2018

Səudiyyədən qadınlarla bağlı daha bir inqilabı qərar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Mülayim İslam" qaydalarını tətbiq etməyə başlayan Səudiyyə Ərəbistanında qadınlara növbəti hüquq veriləcək.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, daha əvvəl qadınlar yanında yaxın qohumu olan kişi cinsinin nümayəndəsi ilə səyahət edə bilirdi. Səudiyyə Ərəbistanı Turizm və Milli İrs Komitəsinin sədri Ömər Əl Mübarək açıqlama verərək bildirib ki, yaşı 25 və daha çox olan qadınlar 30 gün müddətinə sərbəst şəkildə ölkəyə daxil ola və gəzə biləcəklər. Bu addım turizm sektorunu canlandırmaq üçün atılıb. 
Qeyd edək ki, sərt qanunları ilə bilinən ölkədəki proqressiv addımların müəllifi vəliəhd Məhəmməd İbin Salman hesab olunur. O, 2017-ci ilin 2-ci yarısından Səudiyyədə ciddi islahatlara başlayıb və qadınlara verilən hüquqlar günbəgün artırılır.
Gülşən