Xəbər lenti

Səudiyyədən Qətərə Həcc ziyarəti qadağası
Dünya08:36 23.08.2017

Səudiyyədən Qətərə Həcc ziyarəti qadağası

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Səudiyyə Ərəbistanı Həcc ziyarəti üçün gəlmək istəyən Qətər vətəndaşlarına çətinliklər törədir.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Qətərdəki turizm şirkətləri Səudiyyə Ərəbistanının qadağalarına görə Həcc ziyarətlərinin mümkün olmayacağını açıqlayıb. Açıqlamada deyilir ki, Qətər vətəndaşları Səudiyyənin sanksiyalarına görə qorxur və bu səbəbdən insanların bu ilki ziyarətlərini təxirə salırlar, həmçinin bu ölkənin uçuşlara icazə verməməsi, bank sistemində yaradılan süni çətinliklər insanların fikrinə təsir edən digər amillərdəndir. Təhlükəsizlik məsələsi də qətərli ziyarətçiləri Səudiyyə Ərəbistanına getməkdən çəkindirir.

Qeyd edək ki, körfəz ölkələri 5 iyundan bəri Qətəri terrorizmə dəstəkdə günahlandıraraq sanksiyalar tətbiq edir. Buna görə də, Qətər vətəndaşlarına Həcc ziyarəti zamanı çətinliklər törədilir.

Gülşən

Qaynarinfo.Az