Dünya 15:55 09.08.2022

Seulda sel basdı: Nəqliyyat dayandı, küçələr bağlandı, 8 nəfər öldü (FOTO/VİDEO)

Avqustun 8-də Cənubi Koreyanın paytaxtı Seulda qatar stansiyaları və vaqonlar su altında qalıb, aşan ağaclar səbəbindən küçə və yollar bağlanıb.

Qaynarinfo bu barədə"Reuters"ə istinadən xəbər verir.

Bu gün də davam edən sel şəhərdə yolların və küçələrin su altında qalmasına, şəhər mərkəzinin bağlanmasına və ictimai nəqliyyatın fəaliyyətinin dayandırılmasına, şəhərin bəzi ərazilərində elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Qeyd edək ki, Cənubi Koreya rəsmilərinin məlumatına görə, hadisə nəticəsində azı 8 nəfər ölüb.

M.Arif