Xəbər lenti

Sevgi və məntiq: Bezos, Qeyts və digər milyarderlər uşaqlarını necə böyüdür?
Dünya 14:49 05.01.2026

Sevgi və məntiq: Bezos, Qeyts və digər milyarderlər uşaqlarını necə böyüdür?

Dünya miqyasında tanınan milyarderlər və iri korporasiyaların rəhbərləri barədə danışılarkən, adətən diqqət onların biznesdə və karyerada necə zirvəyə çatmasına yönəlir. Lakin çox az insan onların uşaqlarını gələcəkdə uğura hazırlamaq üçün hansı tərbiyə üsullarından istifadə etdiyinə maraq göstərir. 

Qaynarinfo xəbər verir ki, "Business Insider” nəşri bir sıra biznes nəhənglərinin müsahibələrini təhlil edərək, uşaqların müasir dünyada uğura hazırlanması ilə bağlı əsas yanaşmaları ümumiləşdirib.

Sem Altman

"OpenAI”ın baş icraçı direktoru Sem Altman, ChatGPT-ni yaradan şəxs kimi şirkətinin hazırladığı süni intellektin ona öz övladının tərbiyəsində kömək etdiyini etiraf edib. Altmanın sözlərinə görə, o, müəyyən yaşda uşağının niyə sürünmədiyi ilə bağlı sualları da ChatGPT-yə ünvanlayıb.

Bununla yanaşı, ChatGPT-nin "atası” qeyd edib ki, övladının gələcəkdə çatbotları dost kimi qəbul etməsini istəmir.

Mark Zukerberq

"Meta” korporasiyasının qurucusu Mark Zukerberqdən 2024-cü ildə uşaqların bu gün nə öyrənməli olduğu soruşulduqda bildirib ki, ən vacib məqam erkən yaşlardan tənqidi düşünməyi bacarmaq və əsas dəyərləri mənimsəməkdir.

Başqa bir müsahibəsində Zukerberq uşaqlarının uzun müddət televizor və ya kompüter qarşısında vaxt keçirməsini istəmədiyini deyib. Onun sözlərinə görə, qızlarına ölkənin müxtəlif bölgələrində yaşayan qohumlarla əlaqə saxlamaq üçün videozənglərə icazə verilir, lakin digər hallarda ekran qarşısında keçirdikləri vaxt ciddi şəkildə nəzarətdə saxlanılır.

Bill Qeyts

"Microsoft”un həmtəsisçisi Bill Qeyts bildirib ki, övladlarını 1970-ci illərdə hazırlanmış "Sevgi və məntiq” adlı model əsasında böyüdüb. Bu yanaşma valideynlərin uşaqların pis davranışına qarşı mənfi emosional reaksiyalarını minimuma endirməsini nəzərdə tutur.

Qeyts həmçinin etiraf edib ki, ailənin böyük sərvətinin uşaqlarını korlamaması üçün xeyli səy göstərib.

"Biz elə bir balans tapmaq istəyirdik ki, onlar istədiklərini etmək azadlığına malik olsunlar, amma üzərlərinə elə böyük pullar yağmasın ki, heç nə etmədən yaşaya bilsinlər”, deyə o bildirib.

Qeyts uşaqlarına 14 yaşına qədər telefon vermədiyini, daha sonra isə yemək masası arxasında telefondan istifadəni qadağan etdiyini də qeyd edib.

Ceff Bezos

"Amazon”un qurucusu Ceff Bezos 2017-ci ildə bildirib ki, uşaqlarına 4 yaşından etibarən "iti bıçaqlardan” istifadə etməyə icazə verib, elektrik alətlərindən istifadəyə isə yalnız 7–8 yaşlarında icazə verilib.

Bezosun sözlərinə görə, həyat yoldaşı "doqquz barmaqlı, amma real həyat təcrübəsinə malik bir uşaq” fikrinə, heç bir həyat təcrübəsi olmayan uşaqdan daha hazır idi. Bezos bunu "həyata fantastik yanaşma” kimi dəyərləndirib.

Aydın

--> -->