Xəbər lenti

Sevgili tapmaq məqsədilə dənizə atdığı butulkalara görə cəzalandı
Dünya15:10 29.07.2017

Sevgili tapmaq məqsədilə dənizə atdığı butulkalara görə cəzalandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şotlandiyada həyat yoldaşını itirəndən 18 ay sonra özünə sevgili tapmağa çalışan Kreyq Sallivan adlı şəxs qeyri-adi metoddan istifadə etmək qərarına gəlib və buna görə cəzalandırılıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Nyuton Stüart adlı qəsəbədə yaşayan gənc sevgili tapmaq üçün içində mesaj olan 2 min ədəd butulkanı Şotlandiya və İngiltərədə yerləşən fərqli su hövzələrinə atıb. Qəsəbə sakinləri 200 ədəd butulkanı yığıb və gənc ətraf mühiti kirlətdiyinə görə cəzalandırılıb. 

"Həyatdakı dostumu tapmaq üçün nə isə etmək qərarına gəlmişdim və bunun üçün qeyri-adi metoddan istifadə etmək istəyirdim. "The Police" qrupunun "Message in a bottle" mahnısının sözlərindən ilhamlanaraq bu işə başladım" deyən Kreyq butulkalara "Sevgi axtarırsansa, planetdə ən şanlı iki nəfər ola bilərik. Xahiş edirəm, mənimlə əlaqə saxla, ya da mesajı başqa birinə ver" yazılan kağız yerləşdirib.

Gülşən

Qaynarinfo.Az