"Mançester Yunayted”in əfsanəvi futbolçusu, Uels milli komandasının baş məşqçisi Rayan Giqqz həbs olunub.
Qaynarinfo xəbər verir ki, buna səbəb veteran futbolçunun sevgilisi Keyt Qrevilli döyməsi olub. Polisi evə Giqqzin sevgilisi çağırıb.
Qeyd edək ki, bu, Giqqzin ilk qalmaqalı deyil. İki il öncə onun öz xanımına qardaşının həyat yoldaşı ilə xəyanət etdiyi üzə çıxmışdı.