Xəbər lenti

Seymur Həzinin şikayəti təmin olunmadı
Siyasət07:08 15.04.2016

Seymur Həzinin şikayəti təmin olunmadı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Aprelin 15-də Ali Məhkəmə «Azadlıq» qəzetinin həbsdə olan əməkdaşı Seymur Həzinin kassasiya şikayətini təmin etməyib.

Jurnalistin vəkili Adil İsmayılov kassasiya şikayətində Seymur Həzi barədə aşağı instansiya məhkəmələrinin hökm və qərarlarının ləğvini, jurnalistə qarşı cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsini istəmişdi.

Xaricdən yayımlanan və hökuməti tənqid edən «Azərbaycan saatı» televiziya proqramının da aparıcısı olan Seymur Həzi 2014-cü il avqustun 29-da həbs edilib. Ona qarşı CM-nin 221-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. Məhərrəm Həsənov adlı şəxsə xəsarət yetirməkdə ittiham olunan jurnalist Abşeron Rayon Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilib.

Hazırda 17 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Seymur Həzi ittihamı rədd edir və hökuməti tənqid edən yazılarına, çıxışlarına görə siyasi sifarişlə həbs olunduğunu bildirir.

Qaynar.info