Xəbər lenti

"ShamkirChess2019": Məmmədyarov məğlub olub, Karlsen vahid liderə çevrilib
İdman19:23 02.04.2019

"ShamkirChess2019": Məmmədyarov məğlub olub, Karlsen vahid liderə çevrilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş ənənəvi "ShamkirChess2019" superturniri davam edir. 
ONA-nın məlumatına görə, yarışın III turu Azərbaycan şahmatçıları yenə qələbə qazana bilməyiblər. 
Belə ki, ağ fiqurlarla oynayan Teymur Rəcəbov Dinq Lirenlə heç-heçə edib. Şəhriyar Məmmədyarov isə Vişvanatan Anandla dueldən məğlub ayrılıb. 
Digər matçlara gəlincə, Maqnus Karlsen növbəti qələbəsini qazanmaqla, vahid liderə çevrilib. O, David Navaradan 1 xal alıb. Sergey Karyakin - Veselin Topalov və Alekandr Qrişuk - Aniş Giri duellərində isə "sülh" qeydə alınıb. 
III tur
David Navara (Çexiya, 2739) - Maqnus Karlsen (Norveç, 2845) - 0:1
Sergey Karyakin (Rusiya, 2753) - Veselin Topalov (Bolqarıstan, 2740) - 0,5:0,5
Teymur Rəcəbov (Azərbaycan, 2756) - Dinq Liren (Çin, 2812) - 0,5:0,5
Vişvanatan Anand (Hindistan, 2779) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2790) - 1:0
Alekandr Qrişuk (Rusiya, 2771) - Aniş Giri (Hollandiya, 2797) - 0,5:0,5
Turnir cədvəli: Karlsen - 2,5 xal, Dinq, Karyakin - hər ikisi 2, Rəcəbov, Topalov, Anand - 1,5, Məmmədyarov, Navara, Qrişuk, Giri - 1.
Qeyd edək ki, 9 turdan ibarət turnir aprelin 9-da başa çatacaq.