Xəbər lenti

Siciliyadakı Kataniya hava limanı vulkan püskürməsi üzündən bağlandı
Dünya10:19 14.08.2023

Siciliyadakı Kataniya hava limanı vulkan püskürməsi üzündən bağlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bazar ertəsi, avqustun 14-də İtaliyanın Siciliya adasındakı Kataniya hava limanı Etna vulkanının püskürməsi ilə əlaqədar fəaliyyətini dayandırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə  ANSA məlumat yayıb.
Vinçenso Bellini adına Beynəlxalq hava limanını idarə edən "Sac” şirkəti uçuşların saat 20:00-a qədər (Bakı vaxtı ilə 22:00) dayandırılacağını açıqlayıb.
İtaliyanın Siciliya adasındakı tez-tez püskürən Etna vulkanı dünyanın ən aktiv vulkanlarından biridir.
Etna Avropanın ən yüksək aktiv vulkanıdır.
Siciliyanın şərqindəki Kataniyaya uçuşlar may ayında Etna vulkanının püskürməsi nəticəsində hava limanının uçuş zolağına vulkanik kül atdıqdan sonra dayandırılmışdı.
Nizami Bağırov