Xəbər lenti

Sikorski ABŞ-ın Kiyevə köməkdən imtinasının nəyə gətirib çıxaracağını söylədi  - Nüvə silahı
Dünya06:40 24.02.2024

Sikorski ABŞ-ın Kiyevə köməkdən imtinasının nəyə gətirib çıxaracağını söylədi  - Nüvə silahı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Konqresi Ukraynaya yardımı təsdiqləməsə, bunun nəticələrini bütün dünya hiss edəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Bloomberg agentliyinə müsahibəsində Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib. O izah edib ki, bu halda bir sıra ölkələr nüvə silahı proqramlarının inkişaf etdirilməsi imkanlarını nəzərdən keçirəcəklər.
"Əgər yardım göstərilməsə, ABŞ-ın müttəfiqləri məyus olacaq və Vaşinqtonun kömək edə bilməyəcəyini başa düşəcəklər... bu, ABŞ-ın bütün dünya üzrə müttəfiqləri üçün ciddi nəticələrə səbəb olacaq. Ölkələr özlərini sığortalamağa başlayacaq, digərləri isə nüvə silahı proqramlarını inkişaf etməyi düşünəcəklər”, - Polşalı nazir vəziyyətlə bağlı öz baxışından danışıb.
Sikorski bildirib ki, Aİ üzvləri mart ayına qədər Ukraynaya təhvil verməyi planlaşdırdıqları bir milyon artilleriya mərmisi vədini yerinə yetirə biləcəklər. Nazir aydınlaşdırıb ki, müttəfiqlər artıq 850 minə yaxın mərmi toplaya biliblər.
ABŞ yardımı ilə bağlı problemlər
Respublikaçılar partiyasından Nümayəndələr Palatasının spikeri Mayk Consonun Ukrayna üçün 60 milyard dollar da daxil olmaqla dəstək qanun layihəsinə səs verməkdən imtina etməsi konqresmenləri  Ukraynaya dəstəyi təsdiqləmək üçün "B planı” axtarmağa vadar edir.
Eyni zamanda, fevralın 16-da prezident Vladimir Zelenski Amerika Birləşmiş Ştatlarından Ukraynaya hərtərəfli dəstəyin heç bir yerdə itməyəcəyini gözləyir.
Alpər