Xəbər lenti

Silahlı Qüvvələrin hazırlıq səviyyəsi daha da yüksəldilir - Ceyhun Bayramov
Siyasət 16:59 06.03.2026

Silahlı Qüvvələrin hazırlıq səviyyəsi daha da yüksəldilir - Ceyhun Bayramov

İran İslam Respublikasının ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları ilə bağlı bütün tapşırıqlar Prezident tərəfindən verilib, diplomatik addımlar atılıb.

Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, həm nota verilib, həm telefon danışıqları aparılıb: "Eyni zamanda, təhlükəsizlik tədbirləri Prezidentin nəzarəti altında ən yüksək səviyyədədir. Hərbi qüvvələrin hazırlıq səviyyəsi daha da yüksəldilir. Bütün müvafiq tapşırıqlar da verilib”.

--> -->