Xəbər lenti

Silahlı şəxs parlamentə hücum etdi
Dünya13:22 26.03.2014

Silahlı şəxs parlamentə hücum etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün günorta saatlarında əli silahlı şəxs İrəvanda parlament binasına hücum çəkib.

“Axar.az” erməni mətbuatına istinadən xəbər verir ki, naməlum şəxs ona yardım etməyəcəkləri təqdirdə özünü öldürəcəyini deyib.

Şahidlərin sözlərinə görə, silahlı şəxs köynəyini qaldıraraq qarnına xəsarət yetirə bilib. Sonradan təhlükəsizlik xidmətinin əməkdaşları onu zərərsizləşdirə biliblər.

Onun bu addımı atmasına səbəb isə maddi çətinliyi olub. Jurnalistlərə açıqlamasında bildirib ki, saxlaya bilmədiyi üçün 2 övladı internatda qalır. 

Qaynar.info