Silahlılar Nigeriyadakı Müqəddəs Məryəm Katolik Məktəbindən 303 şagird və 12 müəllimi qaçırıblar.
Qaynarinfo xəbər verir ki, bu barədə "Frans Press" (AFP) agentliyi məlumat yayıb.
Bundan əvvəl isə 215 şagird və 12 müəllimin qaçırıldığı bildirilirdi. Lakin AFP Nigeriya Xristian Assosiasiyasına istinadən qaçırılanların ümumi sayının 303 şagird və 12 müəllim olduğunu elan edib.
Qeyd edək ki, noyabrın əvvəlində ABŞ prezidenti Donald Tramp Pentaqona xristianlara qarşı cinayətlərlə bağlı Nigeriyaya qarşı potensial güc tədbirlərinə hazırlaşmağı əmr edib. Ağ Ev rəhbəri respublikadakı vəziyyət dəyişməsə, Vaşinqtonun dərhal Abujaya bütün yardımı dayandıracağını və hətta Afrika ölkəsinə qoşun yerləşdirə biləcəyini bildirib. O, Nigeriyaya işğalın "sürətli və qəddar" olacağını deyib.
Aydın
Şərhlər