Xəbər lenti

Şimali İrlandiya millisi Azərbaycanla oyuna başlamamış itki verdi
İdman14:11 07.11.2016

Şimali İrlandiya millisi Azərbaycanla oyuna başlamamış itki verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Noyabrın 11-də DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə qarşılaşacaq Şimali İrlandiya yığması itki ilə üzləşib. 

Qaynarinfo.Az xəbər verir ki, hücumameyilli yarımmüdafiəçi Ceymi Uord sıradan çıxıb. 

O, şərəfini qoruduğu "Berton Albion"un İngiltərə Çempionşipi çərçivəsindəki "Barnsli" ilə oyununda zədələnib və 12-ci dəqiqədəcə əvəzlənməli olub. Məlum olub ki, onun biləyi sınıb və əməliyyat olunmalıdır. Bu isə 30 yaşlı futbolçunun bir neçə həftə meydandan kənar qalacağı anlamına gəlir.

Ona görə də Ceymi Uordun Belfastdakı "Uindzor Park" stadionunda keçiriləcək oyunda Azərbaycan millisinə qarşı oynamayacağı dəqiqləşib.

Qaynarinfo.Az