Xəbər lenti

Şimali Koreya hipersəsli raketini sınaqdan keçirdi: Yaponiya etiraz etdi
Dünya11:32 07.01.2022

Şimali Koreya hipersəsli raketini sınaqdan keçirdi: Yaponiya etiraz etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
KXDR yanvarın 5-də hipersəsli raketini sınaqdan keçirib. 
Qaynarinfo TASS-a istinadla xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (CTAC) məlumat yayıb.
Atışdan sonra raket "700 km məsafədəki hədəfi dəqiqliklə vurub".
NHK telekanalının məlumatına görə, düşmə yeri, ilkin hesablamalara görə, Yaponiyanın eksklüziv iqtisadi zonasından kənardadır. Bununla belə, Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno deyib ki, Şimali Koreyaya Pekindəki səfirlik vasitəsilə kəskin etiraz bildirilib.
KXDR sonuncu dəfə 2021-ci ilin oktyabrında raket sınaqları keçirib.
Alpər