Xəbər lenti

Şimali və Cənubi Koreya arasında 2 il sonra dialoq
Dünya06:06 03.01.2018

Şimali və Cənubi Koreya arasında 2 il sonra dialoq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şimali və Cənubi Koreya 2015-ci ilin dekabrından bəri ilk dəfə dialoq üçün addım atıblar.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, hər iki tərəf fevral ayında Cənubi Koreyanın Pyeongchang qəsəbəsində keçiriləcək Qış Olimpiya Oyunlarını və Şimali Koreya idmançılarının yarışlarda iştirakını müzakirə edəcəklər. Dialoq telefon xətti vasitəsilə həyata keçiriləcək.
Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen İn Yeni il çıxışı zamanı Cənubi Koreyaya müsbət mesajlar vermiş, Olimpiya Oyunlarına idmançıların göndərilməsi üçün dialoqa hazır olduğunu, bu hadisənin Koreya xalqının birliyinin nümayişi üçün yaxşı fürsət olduğunu bildirmişdi.
Gülşən