2006-cı ildə The Simpsons seriyasında tamaşaçılar "Titanik” gəmisinin yaxınlığında sualtı gəminin batması ilə bağlı proqnoz olduğunu üzə çıxarıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Mirror” məlumat yayıb.
Hekayəyə görə, Homer Simpsonun atası oğlunu özü ilə gəminin qalıqlarından xəzinə axtarmaq üçün dərin dəniz dibinə ekspedisiyaya aparır.
Oğul və ata batiskafda suyun altına girirlər və gəmidə iki xəzinə sandığı tapırlar. Lakin Homer sualtı qayıqda ilişib qalır, oksigen tükəndiyi üçün huşunu itirir və yalnız üç gün xəstəxanada qaldıqdan sonra komadan ayılır.
Bu illər ərzində Simpsonlar filminin pərəstişkarları serialda Donald Trampın prezidentliyi və 11 sentyabr faciəsi ilə bağlı proqnozlar da tapıblar.
İyunun 18-də dalışdan 1 saat 45 dəqiqə sonra "Titanik”in qalıqlarına doğru gedən "Titan” batiskafı ilə əlaqə kəsilib. OceanGate sualtı gəmisində beş sərnişin var: iş adamı və kəşfiyyatçısı Hamiş Hardinq, Pakistanın ən zəngin ailələrindən birinin üzvləri, iş adamı Şahzadə Davud və onun oğlu Süleyman, fransız kəşfiyyatçı, pilot Paul-Henri Narjolet və OceanGate-in baş direktoru Stokton Ruş. Batiskafdakı hava ehtiyatları 96 saat - iyunun 22-dək nəzərdə tutulub.
Bundan əvvəl yazıçı və "Simpsonlar"ın keçmiş şou rəhbəri Mayk Reiss "Titan”da "Titanik"ə səyahətindən danışıb.
Alpər
Şərhlər