Fransadakı bir xizək kurortuna gələn 5 ziyarətçiyə koronavirus diaqnozu qoyulub.
Qaynarinfo xəbər verir ki, xəstələnənlər arasında - doqquz yaşlı bir uşaq da var. Bu haqda "Daily Mail” Fransa Səhiyyə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.
Hər kəsin virusa Sinqapurdan qayıdan bir həmvətənindən yoluxduğu açıqlanıb. O, kurortda 4 gün qalıb. Vətəninə qayıdarkən koronavirus əlamətləri ilə xəstəxanaya yerləşdirilib.
Onunla ünsiyyət quran 5 kurort ziyarətçisi də xəstəliyə yoluxub. Onlar hazırda xəstəxanaya yerləşdirilib və təcridxanadadırlar.