ABŞ və Rusiya qlobal silah tədarükçüləri bazarına liderlik etməkdə davam edir, lakin son beş il əvvəllə bu gün arasında uçurum xeyli genişlənib.
Qaynarinfo RBC-ya istinadla xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatında
deyilir.
Analitiklərin fikrincə, 2018-2022-ci illərdə ABŞ-ın silah ixracı 2013-2017-ci illərlə müqayisədə 14% artıb və onların qlobal həcmdə payı 40% təşkil edib. Eyni dövrdə Rusiya silahlarının satışı 31% azalıb; ölkə dünya bazarının 16%-ni tutur, bir il əvvəl bu göstərici 22% olub.
Ən böyük silah ixracatçıları arasında üçüncü yerdə Fransadır; SIPRI-nin məlumatına görə, ölkə beş il ərzində bazar payını 7,1%-dən 11%-ə yüksəldib. İlk beşliyə Çin (5,2%) və Almaniya (4,2%) da daxildir.
SIPRI-nin qeyd etdiyi kimi, Ukrayna 1991-ci ildən 2021-ci ilin sonuna qədər çox az sayda müxtəlif silah idxal edib, lakin 2022-ci ilin fevralından sonra Rusiya hərbi əməliyyatlara başladıqdan sonra vəziyyət dəyişib. Nəticədə 2022-ci ildə ölkə Qətər və Hindistandan sonra üçüncü ən böyük idxalçı olub və beş il ərzində (2018-2022-ci illər) bu göstəricidə 14-cü yeri tutub.
Analitiklərin fikrincə, ötən il 29 ölkə Ukraynaya silah tədarük edib. Əsas ixracatçılar ABŞ (35%), Polşa (17%), Almaniya (11%), Böyük Britaniya (10%) və Çexiya (4,4%) olub.
Alpər