Xəbər lenti

Misiri ayağa qaldıran fəal üçün çağırış: Sonu Qaşıqçı kimi olmasın...
Dünya06:20 26.09.2019

Misiri ayağa qaldıran fəal üçün çağırış: Sonu Qaşıqçı kimi olmasın...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Misirdə Prezident Əbdül Fəttah Sisi əleyhinə nümayişlərin əsas təşəbbüskarı biznesmen Məhəmməd Əlinin həyatı üçün təhlükə var.
Qaynarinfo xəbər verir ki, M.Əli Misir kəşfiyyatının İspaniyaya casus göndərdiyini iddia edərək mühafizəçi tələb edib. Biznesmen bu barədə sosail şəbəkə hesabında video paylaşıb və həyatına görə İspaniya rəsmilərinin məsuliyyət daşıdığını bildirib.
Sosial şəbəkə istifadəçiləri Məhəmməd Əlinin sonunun İstanbulda qətlə yetirilən jurnalist Camal Qaşıqçı kimi olmaması üçün çağırışlar ediblər.
Qeyd edək ki, M.Əli bu ayın əvvəllərində ölkə rəhbəri Sisinin yol verdiyi korrupsiya hallarından bəhs edən videolar ilə ifşa etmiş və əhalini küçələrə səsləmişdi. O, növbəti cümə günü Misirdə "milyonluq nümayiş" barədə əhaliyə çağırış edib.
Gülşən