Xəbər lenti

Skripal məsələsində Rusiyaya ilk dəstək gəldi
Dünya13:58 27.03.2018

Skripal məsələsində Rusiyaya ilk dəstək gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İngiltərədə rus agent Sergey Skripal və qızının zəhərlənməsi hadisəsində ilk dəfə bir ölkə Rusiyaya dəstək nümayiş etdirib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Xua Çanyinq Skripal məsələsindən sonra bəzi ölkələrin rus diplomatları ölkələrindən çıxarmalarına münasibət bildirib. O, cəbhələşmədən və soyuq müharibə taktikalarından istifadə etməməyin tərəfdarı olduqlarını diqqətə çatdırıb:
"Hadisəni yaxından izləyirik və Skripal iddialarının faktlara əsaslanaraq həll edilməsinin tərəfdarıyıq. Bu şərtlər altında bütün tərəflər beynəlxalq qanunvericiliyə sadiq qalmalı və uyğun olmayan davranışlar sərgiləməməlidirlər".
Çingiz Səfərli