Dünya 19:06 14.04.2023

Slovakiyadan Kiyevə zərbə: Ukraynayan gələn taxılın emalına qadağa qoyuldu

Aprelin 13-də Slovakiyanın Kənd Təsərrüfatı Nazirliyi Ukraynadan gətirilən taxılın emalına, eləcə də ondan istehsal olunan unun daxili bazara çıxarılmasına qadağa qoyub. 

Qaynarinfo xəbər verir ki, bu barədə "İnterfaks” nazirliyin saytında yerləşdirilən mesaja istinadən məlumat yayıb.

Slovakiyada məhdudlaşdırma qərarı Ukraynadan xırmana göndərilən 1,5 min ton ağırlığında buğda partiyasının tərkibində Aİ-də icazə verilməyən və insan sağlamlığına mənfi təsir göstərən pestisidin olduğu təsdiqləndikdən sonra verilib.

"Nazirlik (...), tabeli təşkilatlarla birlikdə Ukraynadan Slovakiyada saxlanılan bütün taxıl və un nümunələrinin götürülməsini təmin edəcək", - nazirlik qeyd edir.

Slovakiya Ukrayna taxıl partiyasının təhlilinin nəticələri barədə Aİ-yə üzv ölkələri və Ukrayna səfiri Miroslav Kastranaya məlumat verəcək.
Ayrı-ayrılıqda bu məsələ cümə günü keçiriləcək görüşdə Vışeqrad dördlüyünün (Polşa, Çexiya, Slovakiya və Macarıstan), eləcə də Rumıniya və Bolqarıstanın kənd təsərrüfatı nazirləri tərəfindən müzakirə olunacaq.

"Slovakiyanın Kənd Təsərrüfatı və Kənd İnkişaf Nazirliyi Ukrayna taxıl və taxıl məhsullarının idxalını tövsiyə etmir", - mesajda bu tədbirin nə qədər müddətə tətbiq olunduğu göstərilmir.

Alpər