Xəbər lenti

Smartfon məktəblinin cibində partladı - FOTOLAR
Dünya14:08 28.04.2014

Smartfon məktəblinin cibində partladı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hadisə birinci sinifdə oxuyan qız həyətdə oynayan zaman baş verib

Qazaxıstanın paytaxtı Astanada birinci sinifdə oxuyan qızın cibində “Samsung Galaxy” smartfonu partlayıb. 

ANS PRESS-in məlumatına görə, qızın dərisi güclü yandığına görə bədənin başqa hissələrindən ora dəri köçürülməsinə ehtiyac yaranıb. Hadisə qız həyətdə oynayan zaman baş verib. Qəfil partlayışdan qız qışqırmağa başlayıb və onun əynindəki cins şalvar alışıb. 

“Qızımı xilas edən qonşular onun əynindən yanan cinsi çıxarıblar. Məlum olub ki, dəri ilə yanaşı sümüyə qədər əti də yanıb”, - deyə qızın atası bildirib. Hazırda uşaq anası ilə birlikdə xəstəxanandadır və o, dəri köçürülməsi ilə bağlı əməliyyat edilməlidir. 

Qızın atası əlavə edib ki, qızının vəziyyəti düzələn kimi o, hadisənin səbəblərinin müfəssəl istintaqına çalışacaq.

Qaynar.info