Xəbər lenti

SOCAR-dan yardım: 50 min lari+10 000 litr yanacaq
Dünya13:40 16.06.2015

SOCAR-dan yardım: 50 min lari+10 000 litr yanacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İyunun 13-14-də Tiflisdə baş vermiş daşqının nəticələrinin aradan qaldırılması məqsədilə həyata keçirilən tədbirlərdə SOCAR Energy Georgia şirkəti fəal iştirak edir. 
“Qafqazinfo”nun məlumatına görə, SOCAR Energy Georgia zərər çəkmiş paytaxt sakinlərinə yardım üçün ilkin mərhələdə 50 min lari vəsait ayırıb. 
Bundan əlavə Tiflis meriyasının əhalinin sosial problemlərinin həlli ilə məşğul olan xidməti 10 000 litr yanacaqla təmin olunub. Şirkətin rəhbərliyi yardım tədbirlərinin digər variantlarını da nəzərdən keçirir.
Qaynar.info