Xəbər lenti

“SofaScore” versiyasına görə, AVRO-2024-ün ən yaxşı oyunçusu müəyyənləşdi
Dünya 14:05 04.07.2024

“SofaScore” versiyasına görə, AVRO-2024-ün ən yaxşı oyunçusu müəyyənləşdi

PSJ və İspaniya millisinin yarımmüdafiəçisi Fabian Ruiz hazırda AVRO-2024 futbol üzrə ən yüksək reytinqə malikdir.

Qaynarinfo xəbər verir ki, bu barədə "SofaScore" analitik portalı məlumat yayıb.

Onun orta reytinqi 8.77-dir. Ən yaxın təqibçi niderlandlı futbolçu Kodi Qakpodur (8.18). İlk üçlükdə həmçinin gürcüstanlı qapıçı Giorgi Mamardaşvili (8.15) var.
İlk 10-da aşağıdakı futbolçular yer alıb:

1.Fabian Ruiz (İspaniya) – 8.77
2.Kodi Qakpo (Niderland) – 8.18
3.Giorgi Mamardaşvili (Gürcüstan) – 8.15
4.Toni Kroos (Almaniya) – 7.93
5.Mark Kukurelya (İspaniya) – 7.83
6.Kevin De Brüyne (Belçika) – 7.78
7.Kristian Eriksen (Danimarka) – 7.68
8.Brunu Fernandeş (Portuqaliya) – 7.67
9.Bernardu Silva (Portuqaliya) – 7.67
10.Coşua Kimmix  (Almaniya) – 7.63

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->