Somalidə güclü yağış səbəbindən ölkənin müxtəlif bölgələri sel basıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində azı 20 nəfər ölüb.
Somalinin Hiiran və Aşağı Şabəllə bölgələrində iki böyük çayın daşması səbəbindən 10 kənd su altında qalıb. Paytaxt Moqadişunun 350 kilometr yaxınlığında yerləşən Bələdveynə şəhərində 30 min insan evini tərk etmək məcburiyyətində qalıb.
Sel təsərrüfata da ciddi ziyan vurub.
Ölkə prezidenti Məhəmməd Abdullahi Farmajo vətəndaşlara dəyən ziyanın qarşılanması üçün büdcədən 1 milyon dollar vəsait ayırıb və beynəlxalq yardım təşkilatlarına çağırış edilib.