Xəbər lenti

Dünya 18:55 16.06.2026

"SpaceX" ən dəyərli şirkətlər siyahısında beşinci sıraya yüksəldi

İlon Maskın "SpaceX” şirkətinin səhmləri ardıcıl üçüncü gün bahalaşmağa davam edib və nəticədə şirkətin bazar kapitallaşması "Amazon Inc.”-in göstəricisini ötüb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Companies Market Cap” portalının məlumatları göstərir.

"SpaceX” hazırda dünyanın ən dəyərli şirkətləri siyahısında beşinci yerdə qərarlaşıb. Şirkətin bazar dəyəri təxminən 2,8 trilyon dollar, "Amazon Inc.”-in isə təxminən 2,7 trilyon dollar olaraq qiymətləndirilir.

Ən yüksək kapitallaşmaya malik digər şirkətlər sırasında "Nvidia Corp.” (5,14 trilyon dollar), "Alphabet Inc.” (4,46 trilyon dollar), "Apple Inc.” (4,35 trilyon dollar) və "Microsoft Corp.” (2,97 trilyon dollar) yer alır.

Artımın əsas səbəbi kimi "SpaceX”in ötən həftə birjada debüt etməsi göstərilir. Pərakəndə investorların səhmlərə kütləvi marağı şirkətin dəyərini 20 faiz artırıb. Bunun nəticəsində İlon Maskın sərvəti 164 milyard dollar yüksəlib. Müqayisə üçün qeyd olunur ki, bu artım demək olar ki, digər 499 ən varlı şəxsin ümumi artımı ilə eyni həcmdədir.

"Reuters” agentliyinin məlumatına görə, "SpaceX”in ilkin kütləvi səhm təklifi (IPO) nəticəsində İlon Mask tarixdə ilk trilyonçu olub.

Aydın
--> -->