Xəbər lenti

Spiegel: Şolz Rusiyanın sanksiyalardan qurtulmasının yeganə yolunu açıqladı
Dünya05:40 11.06.2022

Spiegel: Şolz Rusiyanın sanksiyalardan qurtulmasının yeganə yolunu açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniya kansleri Olaf Şolz Ukraynada hərbi əməliyyatların dayandırılmasından sonra Qərbin anti-Rusiya sanksiyalarını ləğv etməyəcəyi ilə bağlı xəbərdarlıq edib.
Qaynarinfo bu haqda Spiegel-ə istinadla yazır. Onun sözlərinə görə, sanksiyaların ləğvi üçün "vəziyyətin normallaşdırılması” lazımdır.
Eyni zamanda, Rusiya hakimiyyəti "Ukraynaya sülh şərtlərini diktə edə bilməyəcəklərini başa düşməlidir", - Şolz deyib. O, Kremli Kiyevlə ölkənin ərazi bütövlüyü və suverenliyinə zəmanət verəcək dialoq qurmağa çağırıb.
Bundan əvvəl Almaniya kansleri bəyan edib ki, Avropa İttifaqı məhdudlaşdırıcı tədbirləri yalnız Rusiya Federasiyası ilə Ukrayna arasında razılaşma olacağı təqdirdə ləğv edəcək və bu barışıq "Moskvanın diktəsi” ilə olmamalıdır. Siyasətçinin qeyd etdiyi kimi, sanksiyaların məqsədi Rusiyanı qoşunlarını Ukrayna ərazisindən çıxarmağa məcbur etməkdir.
Almaniyanın xarici işlər naziri Annalena Burbok da sanksiyaların ləğvi üçün Rusiya qoşunlarının Ukraynadan çıxarılmasını şərt adlandırıb.
Əlavə edək ki, cümə günü Serbiya prezidenti Aleksandr Vuçiçlə danışıqlarda Şolz onu birliyə daxil ola bilmək üçün Aİ-nin Rusiyaya qarşı sanksiyalarına qoşulmağa çağırıb.
Alpər