Xəbər lenti

Spiker və baş naziri haqda həbs qərarı verildi
Dünya21:20 05.03.2014

Spiker və baş naziri haqda həbs qərarı verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kiyevin Şevçenko Rayon Məhkəməsi Krımın yeni baş naziri Sergey Aksyonovun və muxtar vilayət parlamentinin spikeri Vladimir Konstantinovun həbsi ilə  bağlı ibtidai istintaq orqanlarının vəsatətini təmin edib. 

Musavat.com-un Ukrayna qaynağına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Baş Prokurorluğunun (UBP) mətbuat xidmətindən bildirilib.

“Ukrayna Təhlükəsizlik Xidmətinin əməliyyatçıları adı çəkilən şəxsləri onlar haqda həbs-qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə gətirməlidirlər”, - deyə məlumatda bildirilir.

Az öncə UBP bu iki şəxs, həmçinin Ukrayna Hərbi Dəniz Qüvvələrinin  sabiq komandanı Denix Berezovski və Xalq Azadlıq Dəstəsinin lideri Pavel Qubarev haqda Cinayət Məcəlləsinin 110-cu – ölkənin ərazi bütövlüyü və toxunulmazlığına qəsd maddəsi üzrə cinayət işi açıb.

Qaynar.info