Xəbər lenti

Spirtli içki qadağasına etiraz edənlər ada düzəldərək Yeni ili qarşıladı
Dünya17:14 02.01.2018

Spirtli içki qadağasına etiraz edənlər ada düzəldərək Yeni ili qarşıladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yeni ildə Yeni Zelandiya sahillərində içki içməyin qadağan edilməsinə bir neçə nəfər yaradıcı yaxınlaşıb. Koromandel yarımadasının Tairua qəsəbəsində yaşayanlar sahildən daşıdıqları qumla dənizin ortasında bir ada düzəldib.
Qaynarinfo virtualaz.-org-a istinadən xəbər verir ki, adaya bir piknik masası və içkilər üçün buz dolu bir vedrə yerləşdirməyi bacaran qrup, Yeni ilə burada içərək girib.
"Bu çox yaradıcı bir ideyadır - əvvəldən bilsəydim, yəqin ki, mən də onlara qoşulardım", - yerli polis rəisi Con Kelli deyib.
Koromandel yarımadasında Yeni il bayramı zamanı ictimai yerlərdə içki içməyə görə 250 Yeni Zelandiya dolları cərimə nəzərdə tutulub.
Stuff.co.nz saytı yazır ki, ada hələ də yerindədir.