Xəbər lenti

SSRİ dövrünün zinət əşyaları yenidən dəbdədir (FOTO)
DƏB 08:15 02.07.2026

SSRİ dövrünün zinət əşyaları yenidən dəbdədir (FOTO)

SSRİ dövründə geniş istifadə olunan bijuteriya və zinət əşyaları yenidən moda trendləri sırasına qayıdıb. Bir vaxtlar "nənələrin sandığında" qalan aksessuarlar bu gün retro üslubun ayrılmaz hissəsi hesab olunur və dünyanın məşhur dizaynerlərinin kolleksiyalarında da yer alır.

Qaynarinfo "Unian"a istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, bu aksessuarlar həm klassik işgüzar geyimlərlə, həm romantik üslubda paltarlarla, həm də gündəlik (casual) geyimlərlə uğurla kombinasiya oluna bilər.

Kəhrəba

Kəhrəbadan hazırlanan boyunbağılar, sırğalar və bilərziklər təbii materiallara marağın artması fonunda yenidən populyarlıq qazanıb.

Dizaynerlər təbii fakturaları və orqanik formaları ön plana çıxardıqları üçün kəhrəba müasir kolleksiyalarda geniş istifadə olunur. Bu cür aksessuarlar xüsusilə cins parçadan hazırlanmış geyimlər, ağ köynəklər, trikotaj məmulatları və kətan kostyumlarla uğurlu uyğunlaşır. Böyük ölçülü kəhrəba boyunbağıları oversize üslubunda gündəlik geyimlərlə də yaxşı görünür.



Qaraldılmış gümüş

Qaraldılmış gümüşdən hazırlanan zinət əşyaları da 2026-cı ilin diqqətçəkən trendləri sırasındadır.

Mat səthi və tünd relyefi sayəsində bu aksessuarlar müasir minimalist üsluba uyğun gəlir. Onlar dəri gödəkçələr, oversize pencəklər, sadə donlar və əsas qarderobun ayrılmaz hissəsi sayılan futbolkalarla kombinasiya edilə bilər.

Şüşə və plastik muncuqlar

SSR dövrünün iri şüşə və plastik muncuqları da yenidən dəbə qayıdıb.

Xüsusilə iri həcmli aksessuar trendi fonunda bu cür boyunbağılar yenidən populyarlıq qazanır. Onlar artıq yalnız don və ətəklərlə deyil, həm də köynəklər, futbolkalar, pencəklər və hətta idman üslubunda geyimlərlə istifadə olunur.

Müxtəlif uzunluqda bir neçə boyunbağının birlikdə taxıldığı çoxqatlı kombinlər xüsusilə aktual hesab edilir.



Retro üzüklər

Daşlı, şüşə əlavəli və ya uzunsov formalı iri retro üzüklər də müasir dəbdə geniş yer tutur.

Dizaynerlər bu aksessuarlardan əllərdə vizual kompozisiya yaratmaq üçün istifadə edirlər. Belə üzüklər neytral və ya metal çalarlı manikürlə birlikdə daha təsirli görünür.

Broşlar

İri ölçülü broşlar da 2026-cı ilin aktual aksessuarlarından sayılır.

Onlar artıq yalnız pencəklərin yaxasında deyil, həm də paltolarda, köynəklərdə, çantalarda, kəmərlərdə və bəzi hallarda cins şalvarların arxa ciblərində istifadə olunur.

Müasir modada broş əsas vurğu elementi olmaqdan daha çox, obrazı fərqləndirən və ona fərdi xarakter qazandıran detal kimi qiymətləndirilir.



Aydın

--> -->