Xəbər lenti

SSRİ müdafiə nazirinin müavinini maşın vurub öldürdü
Dünya15:03 02.03.2020

SSRİ müdafiə nazirinin müavinini maşın vurub öldürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
SSRİ zamanı müdafiə nazirinin müavini olmuş Vladimir Şuralyev avtomobil qəzasında ölüb. 
Qaynarinfo xəbər verir ki, "Döyüşçülər Klubu” aparat rəhbəri Nikolay Deryabinin sözlərinə görə, 84 yaşlı generalı evinin yaxınlığında bir avtomobil vurub.
Ötən həftə Şuralyev sonuncu SSRİ müdafiə naziri marşal Dmitri Yazovun dəfn mərasimində iştirak edib. 3 apreldə 85 yaşı tamam olacaqdı.
Xatırladaq ki, Şuralyev 1990-1991-ci illərdə Müdafiə Nazirliyi rəhbərinin müavini vəzifəsini tutub. Sonradan Nazirliyin Baş Müfəttiş İdarəsində aparıcı analitik olub. Bir çox peşə mükafatlarına layiq görülüb.
Alpər