Xəbər lenti

Strateji əhəmiyyətli aviabaza İŞİD-dən azad edildi - LİVİYADA
Dünya08:14 05.06.2016

Strateji əhəmiyyətli aviabaza İŞİD-dən azad edildi - LİVİYADA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
 Liviya ordusu ölkənin şimalındakı Sirt şəhərinin yaxınlığında yerləşən “Qardabiya” aviabazasını İŞİD silahlılarından azad edib.  
APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Liviya Silahlı Qüvvələr komandanlığının rəsmi nümayəndəsi polkovnik Məhəmməd əl-Qasri bildirib.  
Qeyd edək ki, Liviya ordusu iyunun 3-də İŞİD-in bu ölkədəki əsas dayaq məntəqəsi hesab edilən Sirt şəhərinə daxil olub.  
Polkovnik Əl-Qasrinin sözlərinə görə, Sirt şəhərinin mərkəzindən 20 km aralıda yerləşən “Qardabiya” aviabazası strateji əhəmiyyətə malikdir. Əməliyyat zamanı 3 hərbçi həlak olub, 5 nəfəri yaralanıb. 
Qaynarinfo.az