
Çinin nəhəng yerüstü avtobusu nəhayət test edilib.
Qaynarinfo.Az xarici mətbuata istinadən xəbər verir ki, çoxdan gözlənilən bu nəhəng layihə artıq gerçəkləşdirilib.
Relslər üstündə irəliləyən avtobusun altı tunel şəklindədir və iki avtomobil eyni anda tuneldən keçə bilir.
22 metr uzunluğunda, 7,6 metr genişliyində olan sözügedən avtobus yüzlərlə sərnişin daşıya bilir.
Qaynarinfo.Az


