
Qərbi Avropada Bernd siklonu böyük daşqına səbəb olub.
Almaniya və Belçika daşqınlardan xeyli əziyyət çəkib. 16 iyulda yağışlar Hollandiyaya çatıb. Su axınları avtomobilləri və körpüləri yuyub aparır, elektrik xətlərini məhv edir.
Almaniyada ən az 80 nəfər, Belçikada 11 nəfər ölüb, Hollandiyada təxminən 10 min adam Maas sahillərinin daşmasından ehtiyat edərək evakuasiya edilmək məcburiyyətində qalıb.
Qaynarinfo daşqınlarla bağlı fotoları təqdim edir.
Alpər