Xəbər lenti

Suda işləyən akkumulyator ixtira edildi - YENİLİK
Dünya16:21 17.09.2014

Suda işləyən akkumulyator ixtira edildi - YENİLİK

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yaponiyanın “Furukawa Battery” şirkəti suda işləyən elektrik akkumulyatoru yaradıb.
 
“ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, “Mg Box” adlı akkumulyatorın köməyi ilə smartfonları enerji ilə doldurmaq olar. Şirkətin bəyanatına əsasən, yeni qurğu dekabrın ortalarında satışa çıxarılacaq. Bir akkumulyatorun qiyməti təxminən 10 min yena (93 dollar) təşkil edəcək.
 
Qurğunun tam işləməsi üçün ona iki litr su tökmək kifayətdir. Akkumulyator beş gün ərzində elektrik enerjisini generasiya edə bilər –  bu müddətdə telefonu təxminən 30 dəfə enerji ilə doldurmaq mümkün olacaq.

Qaynar.info