Cənubi Sudandan olan millət vəkili Yakob Qeyl Uqandada öldürülüb.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, "Yei River" əyalətinin informasiya və mədəniyyət naziri Alfred Kennet yazılı açıqlama ilə çıxış edərək məclis üzvü olan Yakob Qeylin Uqandanın Yumbi bölgəsində silahlı hücuma məruz qaldığı və öldürüldüyünü bildirib.
Başından vurulan millət vəkili xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Uqandalı həmkarları ilə görüş keçirmək məqsədilə bölgəyə gedən Qeylin hansı səbəbdən və kimlər tərəfindən öldürüldüyü bilinmir.
Qeyd edək ki, Yakob Qeyl əyalət parlamentində insan hüquqları üzrə komitənin sədri idi.
Gülşən
