Xəbər lenti

Sudandan vətəndaşlarını təxliyə edən Türkiyə hərbi təyyarəsi atəşə tutuldu
Dünya13:12 28.04.2023

Sudandan vətəndaşlarını təxliyə edən Türkiyə hərbi təyyarəsi atəşə tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə vətəndaşlarını Sudandan çıxarmalı olan Türkiyə hərbi nəqliyyat təyyarəsi atəşə tutulub.
Qaynarinfo "Anadolu”ya istinadla xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Bir neçə ölkənin vətəndaşlarını Sudandan çıxarmaq üçün istifadə etdiyi Vadi Seydna hərbi hava limanına evakuasiya uçuşu həyata keçirən C-130 təyyarəsi atıcı silahlardan atəşə tutulub.
Sudan Silahlı Qüvvələrinin Baş Qərargahı Çevik Hücum Qüvvələrini (ÇHQ) Türkiyə vətəndaşlarını təxliyə etmək üçün Afrika ölkəsinə gələn Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 Hercules hərbi-nəqliyyat təyyarəsini atəşə tutmaqda ittiham edib.
"Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 təyyarəsi aprelin 28-də səhər saatlarında Vadi Seydna aviabazasına enərkən üsyançılar tərəfindən atəşə tutulub”, – Sudan ordusunun bəyanatında deyilir.
Məlumatda qeyd edilir ki, atəş nəticəsində təyyarənin yanacaq çənləri zədələnib, ekipaj üzvlərindən biri yaralanıb. Məlumatda bildirilir ki, təyyarə yerli vaxtla saat 07:25-də təhlükəsiz yerə enib, bütün problemlər dərhal aradan qaldırılıb.
Baş Qərargah xatırladıb ki, Sudan Silahlı Qüvvələrinin komandanlığı təxliyyə zamanı "üsyançıların” mümkün təxribatları barədə xəbərdarlıq edib.
Öz növbəsində ÇHQ onlara qarşı bütün ittihamları rədd edib. "ÇHQ-yə qarşı ittihamlar Sudan silahlı qüvvələrinin pozucu liderləri tərəfindən ləğv edilmiş rejimin ekstremist qalıqlarının dəstəyi ilə yayılan dezinformasiya kampaniyasının davamıdır. "Yerdə” təqdim olunan faktlar türk təyyarəsinə hücum iddialarını təkzib edir”, - ÇHQ-nin açıqlamasında deyilir.
Mesajda ÇHQ-nin humanitar atəşkəsə ciddi riayət etdiyi vurğulanır. "Omdurman əyalətindəki Vadi Seydna hava bazası üzərində bizim nəzarətimizdə olmayan təyyarələrin atəşə tutulması ilə bağlı bütün məlumatlar həqiqətə uyğun deyil", - mesajda vurğulanır.
Türkiyə Müdafiə Nazirliyi isə təyyarənin təhlükəsiz eniş etdiyini və xəsarət alan olmadığını qeyd edib. Təxliyyə uçuşlarının bütün Türkiyə vətəndaşları təxliyə edilənə qədər davam etməsi planlaşdırılır.
Qərb mətbuatının məlumatına görə, Sudanda qısamüddətli atəşkəsdən sonra cümə günü döyüşlər yenidən başlayıb.
Xatırladaq ki, ötən həftə ABŞ-dan sonra Fransa və digər Avropa dövlətləri də diplomatlarını və vətəndaşlarını ölkədən çıxarmağa başlayıblar.
Alpər